Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək
Polşada keçirilәn prezident seçkilərinin qeyri-rәsmi nəticələrinə görə, müxalifətdəki Hüquq və Ədalət Partiyasının lideri Andrzej Duda qәlәbә qazanıb. O, səslərin 34,8 faizini toplayıb.
Oxu.Az xarici KİV-lərə istinadla xəbər verir ki, seçkidə qələbə qazanması gözlәnilәn hazırkı prezident Bronislav Komorovski isә 32,2 faiz sәslə ikinci yeri tutub.
Namizədlərdәn heç biri 50 faiz sәs toplaya bilmәdiyi üçün mayın 24-də seçkilərin ikinci turu keçiriləcək.
Mənbə:> Oxu.Az