“Azərbaycan turu” veloyarışının 2-ci mərhələsinin qalibi sloveniyalı oldu
Bu gün “Azərbaycan turu” veloyarışının ikinci mərhələsi baş tutub.
Oxu.Az xəbər verir ki, Bakıdan İsmayıllıya 187 km yol qət ediblər.
Mərhələnin qalibi sloveniyalı Primoz Roqliç olub.
O, ümumi və dağ məqbulunun lideridir. 2-ci yeri də sloveniyalı qazanıb, bu Synergy Baku komandasının velosipedçisi Matey Muqerlidir.
Finişə 3-cü “Eyrqaz-Seyfvey” komandasından olan amerikalı Kristofer Horner gəlib.
Sprintdə lider azərbaycanlı idmançı Maksim Averindir.
“Azərbaycan turu”nun üçüncü mərhələsi Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə (177 km) olacaq.
Mənbə:> Oxu.Az