İki ölkə arasında gərginlik
Lüksemburqla Türkiyə arasında siyasi gərginlik yaşanıb.
ANS PRESS-in məlumatına görə, Lüksemburq parlamentinin son qəbul etdiyi qanun layihəsindən sonra Türkiyə ilə münasibətlərində soyuqluq yaranıb.
1915-ci il hadisələrinin 100-cü ildönümünü tanıyan ölkələr arasına qatılan Lüksemburqun verdiyi qərar səbəbilə Türkiyə xarici işlər nazirliyinin Lüksemburqdakı səfiri Levent Şahinkayanı geri çağırdığı bildirilir.
“Lüksemburq parlamentinin tarixi həqiqətləri və hüququ təhrif edərək verdiyi qərarı qınayır və şiddətlə rədd edirik.
Lüksemburq parlamentariləri pözlərini beynəlxalq məhkəmələrin yerinə qoyaraq soyqırım kimi ciddi bir əməl haqqında hökm verirlərsə, deməli tarixi və hüququ çeynəmiş olurlar.
Türkiyə ermənilərlə ortaq tarixinin ağrılı səhifələrini şərəflə və qarşılıqlı hörmət içində anmağa davam edəcək.
Məsələ ilə bağlı fikirlərimiz nazirliyə çağrılan Ankaradakı Lüksemburq səfirinə də çatdırılıb.
Türkiyənin Lüksemburqdakı səfiri Levent Şahinkaya isə müəyyən müzakirələr səbəbilə Ankaraya çağrılıb”, – deyə Türkiyə XİN-nin yazılı açıqlamasında bildirilir.
Qeyd edək ki, ötən gün Lüksemburq parlamenti 1915-c il hadisələri ilə bağlı qanun layihəsi qəbul edib.
Mənbə:> ANSPRESS