Ermənistandakı rus qoşunları dağlarda döyüşməyi öyrənirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ermənistandakı rus qoşunları dağlarda döyüşməyi öyrənirlər

Ermənistandakı rus qoşunları dağlarda döyüşməyi öyrənirlər


Rusiya qoşunları arasında hərbi-idman istiqaməti üzrə yarışmanın seçmə mərhələsi Ermənistanda Cənubi hərbi əyalətdə Rusiya hərbi bazasında start götürüb. Məşqlər zamanı döyüşçülər dağlarda uzun kilometrlik marşda şərti düşmənə qalib gəlməlidirlər.

Yarışma iki mərhələdə keçiriləcək: birinci mərhələdə ərazidə oriyentasiya nəzəriyyəsi və bacarıqları yoxlanılacaq, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“İkinci mərhələdə hərbçilər, dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə dağlıq-meşə ərazisində 15 kilometrlik məsafə qət etməlidirlər. Göstərilən marşrutu keçərkən, iştirakçılar kəşfiyyat-axtarış tədbirləri həyata keçirməli, rabitə vasitələri ilə keçdikləri hər mərhələ barədə məlumat verməli və əl qumbaralarının köməyi ilə şərti düşməni məhv etməlidirlər”, - məlumatda deyilir.

Seçim mərhələsinin nəticələrinə görə, Cənub hərbi əyalətinin ən yaxşı hərbçiləri may ayında keçiriləcək analoji hərbi dairə çempionatında iştirak edəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *