Hilari Klintonun durumu ruscadır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Hilari Klintonun durumu ruscadır – VİDEO

Hilari Klintonun durumu ruscadır


Bu məşəlin fonunda Birləşmiş Ştatlara baxaq. Birləşmiş Ştatların yeni prezidenti seçməsinə o qədər çox vaxt qalmayıb. Artıq 6 namizəd bildirib ki, prezidentlik üğrunda mübarizəyə qoşulacaq. Onlar arasında Hilari Klinton da var. Hilari başqa namizədlərə nisbətən daha çox tanındığı üçün onun qalib gələcəyinə inananlar da çoxdur. Amma Klintonun bu seçkilərdə məğlub olacağına iddia edənlərə tutarlı əsaslar verən səbəblər də var və bunlardan ən birincisi həssas amerikalının onu Rusiyanın adamı hesab etmə ehtimalıdır. Bəli bəli… Klintonu asanlıqla Rusiyanın adamı kimi qələmə vermək olar, indi qoy altından çıxsın, görək necə çıxır… Klintonun təmsil etdiyi qüvvələrin - demokratların Azərbaycan üçün xüsusi mənası var. Elə Kerri kimi. Ona görə ki, Azərbaycan adətən Birləşmiş Ştatlarda demokratlar hakimiyyətdə olanda daha çox zərər çəkir. 907-ci düzəlişdən üzü bu yana başımıza gələn o qədər hadisələr, bəlalar var ki... Bax elə buna görə də Hilari Klinton üzərində xüsusi dayanıram. Beləliklə, Klintonun vəziyyəti niyə ruscadır?

Namizədin prespektivinə çökən duman şübhəli uranla bağlıdır. Yəni, qəflətən ən etibarlı mənbələrdən məlum olub ki, Birləşmiş Ştatların bütün uran ehtiyatlarının 20 faizinin sahibi olan Kanadanın “Uranium Uan” uran emalı şirkətinin “Rosatom”a satılmasından Klintonlar Fonduna "otkat" daxil olub və bu hadisə ciddi şübhə və araşdırma hədəfidir. Fakt ətrafında böyük qalmaqal yaranıb.

“New-York Times” kimi, dünyanın ən etibarlı qəzetlərindən biri, bəlkə də laap birincisi çəkinmədən iddia edir ki, sövdələşmə nəticəsində Klintonlar Fondu çoxmilyonluq sərvət qazanıb və xof var ki, bu pullar Hilari Klintonun seçki kampaniyasının maliyyələşdirilməsinə xərclənəcək.

Nüfuzlu informasiya holdinqlərindən biri olan “Minchenko Consulting” isə daşdan keçən faktlara əsaslanaraq bildirir ki, “Uranium Uan”ın satışı 2009-2013 il arasında iki etapdan ibarət olmaqla həyata keçirilib.

Əvvəlcə Rusiya korporasiyasının paketi 16 faiz olub, daha sonra isə o payını 51 faizə çatdırmaqla tam mülkiyyətçiyə çevrilib. Bu əməliyyatı bir sıra hakimiyyət strukturları, o cümlədən Dövlət Departamentində bəyəniblər və məsələ burasındadır ki, o dövrdə Departamentin fəliyyətinə prezidentliyə indiki namizəd Hillari Klinton rəhbərlik edirdi. Onu da deyək ki, “Uranium Uan”ın alınması Rusiya-Amerika münasibətlərinin tarixə "perezaqruzka" kimi duşən dövründə həyata keçirilib.

Sadədil amerikalının heç ağlına gələrdimi ki, nə vaxtsa Amerika ehtiyatlarının, özü də uran ehtiyatlarının eeeeee, nə az, nə çox düüüz 20 faizinə nəzarət paketi Rusiyanın əlində olacaq. Yeri gəlmişkən bu fikir “Rosatom”un başçısı Serqey Kirienkodan sitatdır. Uran deyirik yadımızda saxlayırıq nüvə. O bizdədi e nə uran, nə də nüvə bir şey deyir. Amerikada isə hər bir amerikalı cocuq belə yaxşı anlayır ki, nüvə onun dövləti və dövlətçiliyinin nüvəsini təşkl edir, uran isə nüvələr nüvəsidir.

İndi təsəvvür edin də, amerikalı seçici sabah şəffaf qutu qarşısında dayananda bu balaca, yaşından cavan, şalvarın içindəki, qırış-qırış təbəssümü ilə Mizerinin təbəssümünə oxşayan diplomatiya qarısını hansı təəssüratlarla xatırlayacaq və səsini ona necə verəcək…

Belə çıxır ki, bu bəstəboy qarı ölkənin nüvəsini satıb?! Əziz və hörmətli “New-York Times”ın hesablamalarına görə isə sövdələşmə nəticəsində Klintonlar Fondu 10 milyon dollara yaxın pul alıb. Başqa maraqlı bir məlumat isə ondan ibarətdir ki, Klinton Obama ilə 2008-ci ildə siyasi fəaliyyətin donorlarının açıqlanması, yəni kimin pulu kim verir məsələsinin tam şəffaf olması barədə kəsdiyi şərti pozub.

Bizim və artıq sizin də bildiyiniz bu haqq-hesabı ona bildirməyib. "Otkad"ların Klinton sxemi isə təkcə Klintonların Fonduna pul köçürməyi nəzərdə tutmur. Ortada başqa maraqlı haqq-hesablar da var. Məsələn, hələ 2010-cu ildə Bill Klinton Moskvada mühazirə oxuyubmuş və buna görə nə az, nə çox, düz yarım milyon dollar qonorar alıb. Balam, görəsən dünyada daha hansı lektor Moskvada oxuduğu mühazirəyə görə belə fantastik qonorar alır?! Deməli nəsə başqa şey var ortada. Və özü də deyəsən bilirik axı, bu özündə şey nədən ibarətdir.

Bəli, mənim əzizlərim, elə ən maraqlısı da burasıdır ki, “Rosatom” “Uranium Uan” aksiyalarına nəzarət paketini elə məhz o zamanlar, yəni Klinton bahalı, sözün əsil mənasında qızıl xırdalayan mühazirələrini söyləyərkən ələ keçirib. Beləliklə, bu gün Birləşmiş Ştatlarda yaman qorxurlar ki, "otkad" sxeminin rusiyalı iştirakçıları məhz seçki ərəfəsində tutarlı kompramatlar meydana çıxara bilərlər və bu da nəinki demokratları, hətta respublikaçıları çox pis vəziyyətə sala bilər.

Şübhəli otkad məlumatlarını Klintonlar Fondu təkzib də etmir. Sadəcə belə deyir ki, qəsdən eləməmişik. Elə bil məktəb pəncərəsinin şüşəsini sındırıblar. İndi isə bu boyda həngaməyə Fondun rəhbəri Maura Pallidən verilən reaksiya: “Bir səhvdir, daha gələcəkdə belə səhvlərə yol verməyəcəyik!” Bu biabırçılıqdan sonra, istər-istəməz düşünürsən. Deyəsən Yer Kürəsinin yalnız başı fırlanır axı... Bunların başı gicəllənib nədir? Və bu dövlətlər, bu dövlət başçılar bizə ağıl verirlər də ind?!

… Bu əhvalat yadıma bir lətifəni saldı. 4-5 yaşlı uşaq təsadüfən valideynlərinin yataq otağına daxil olur və görür ki, nəsə belə - hər hansı bir marqlı işlə məşğuldurlar. Dərhal başını bulayaraq otaqdan çıxır və öz-özünə mızıldanır: “Bunlara bax e... bu adamlar mənə deyirlər ki, ədəbsizlikdir, barmağını burnuna soxma”.

Odur ki, barmağımızla işiniz olmasın, cənablar və xanımlar! Bəlkə də o heç barmaq deyil...


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *