Nazarbayev yenə prezident oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Nazarbayev yenə prezident oldu

Nazarbayev yenə prezident oldu


Qazaxıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

ANS PRESS-in məlumatına görə, indiki prezident Nursultan Nazarbaev 97.7 faiz səslə beşinci müddətə prezident seçildiyini göstərir. Bunu ekzit pollun nəticələri də təsdiqləyib.

Mərkəzi Seçki Komissiyası bildirib ki, seçicilərin 95.11 faizi səsvermədə iştirak edib. N.Nazarbaevin iki rəqibi elə də ciddi səs yığmayıb.

Ekspertlərin fikrincə, onlar hökumətyönlü simalar sayılırlar və seçki rəqabəti illüziyası yaratmaq üçün seçkiyə qatılıblar.

Namizədlərdən N.Nazarbayevin 74 yaşı var və 25 ildən çoxdur hakimiyyətdədir. Müxalifətə təzyiqlər və mediaya sərt nəzarəti nəzərə alanda onun beşinci müddəti asanlıqla qazanacağı gözlənirdi.

Keçmiş vilayət rəhbəri və Kommunist Partiyasını təmsil edən Turqun Sizdykovun 68 yaşı var.

Digər namizəd, 63 yaşlı Abelqazi Kusainov isə seçkiyə müstəqil namizəd kimi qatılsa da, vaxtilə bir neçə nazirlikdə vəzifə tutub və hazırda Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının rəhbəridir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *