Erməniləri lal edəcək fakt » AzNews.info -Xəbər portalı

Erməniləri lal edəcək fakt

Erməniləri lal edəcək fakt


Sabah ermənilər qondarma soyqırımlarının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Hər yerdə Osmanlı imperiyasında başlarına gətirilən "oyunlardan" danışan, bar-bar bağıran ermənilərin tarixlə üzləşməyə üzləri yoxdur. Dəfələrlə Türkiyə tərəfinin arxivlərin açılması, tarixçilərin 1915-ci il hadisələrini araşdırması barədə təklifini qulaqardına vuran ermənilərin arxivlərdən çıxan vəhşilikləri qan dondurur.

Şahidlər müsəlman əhalinin ötən əsrin əvəllərində məruz qaldıqları vəhşilikləri gözlər önünə sərmək üçün kifayətdir. ANS PRESS-in trthaber-ə istinadla erməni qətliamlarının, vəhşiliklərinin canlı şahidi olanların xatirələrini təqdim edir.

"Anam mənə sipər olduğu üçün erməni qətliamından xilas ola bildim". ANS PRESS-in məlumatına görə, bu sözlər birinci dünya savaşı zamanı ermənilərin törətdikləri qətliamdan xilas olan şahidlərin sözləridir.

Ərzurumun Aziziyə rayonunda yaşayan İsmail Gürcan daşnakların törətdiklərini gözlər önünə sərib. Onun sözlərinə qətliam ərəfəsində ermənilər kəndlərə giriş-çıxışa icazə verməyiblər.

"Qətliam günlərində erməni əsgərlər qar təmizləmə bəhanəsi ilə hamını meydana topladılar. Axşam düşəndə silah səsi eşidilib. Heç kim qaça bilməsin deyə hər evin qarşısında növbətçilər qoyulmuşdu. Səhərə qədər fəryad səsləri, iniltilər kəsilmədi. Səhərə yaxın gəlib qalan qoca, qadın və uşaqları da apardılar.

Bizi güllələdilər. Anam mənə sipər olduğu üçün bütün güllələr ona dəydi. Ermənilər hətta meyitləri belə süngüdən keçirdilər. Anamın cəsədinin altında qaldığım üçün onun meyitindən keçən süngü məni də yaraladı. O zaman insan robot kimi olmuşdu. Onda heç bir ağrı-acı duymadım".

Gürcanın sözlərinə görə, heç kim daşnaklar qədər vicdansız ola bilməz. O, ermənilərin sonradan məzlum kimi göstərilməsinin də yolverilməz olduğunu deyir.

"Onlar qədər zalım millət yoxdur. Yaxşılıq gördüklərinə həmişə zülm ediblər. Qərbə də pisliklər edəcəklər".

Erməni qətliamının qurbanlarından biri də Vanda yaşayan İbrahim Sargın olub. Onun 65 qohumu ermənilər tərəfindən qətlə yetirilib.

"Ermənilər indi türklərin onları təhqir etdiyini deyirlər. Biz onlarla qonşu olmuşuq. Onların səlahiyyətləri artandan sonra yollarını azdılar. Ermənilər qadınlara təcavüz edib, uşaqlarını təndirə atdılar. Üç aylıq uşaq təndirdə diri-diri yandı".

Qətliamlar zamanı 13-14 yaşlarında olan Ərzincanlı Ahmet Tohumcu da ermənilərin insanlığa zidd hərəkətlərini ən xırda detalına kimi xatırlayıb.

"Əmim qızını axtarmaq üçün atamla kəndə getmişdik. Burada addım atmağa yer yox idi. Hər yer cəsədlə dolu idi. Atamla əmim cəsədləri maşına yükləyirdilər. Təndirin yanında süngüdən keçirilən uşaqlar, balta ilə boynu vurulanlar. Başı bir, bədəni digər tərəfdə olanlar. Axşama qədər 600-ə yaxın cəsəd daşıdıq. Ermənilərin bizə vurduqları ziyan heç bir kitabda yoxdur".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *