Davudoğlu: Ermənilər bu torpaqların həqiqi övladlarıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Tarix

Davudoğlu: Ermənilər bu torpaqların həqiqi övladlarıdır

Davudoğlu: Ermənilər bu torpaqların həqiqi övladlarıdır


Erməni olduğu üçün yox, hörmət etdiyim bir ziyalı olduğu üçün Etyen Mahçupyandan danışmayacam. Yaşı ilə əlaqədar pensiyaya çıxdı, tez-tez görüşürük, danışırıq. Markar Esayan adlı millət vəkili namizədimizdir. Bu, Cümhuriyyət tarixində bəlkə də ilk dəfədir. Bizim namizədimiz bəlli olunca CHP də öz namizədini göstərdi. Münasibətlərin normallaşması bu deməkdir. Ermənilər bu torpaqların həqiqi övladlarıdır.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Kanal24-ün efirində qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlamada bildirib.

Davudoğlu bildirib ki, Türkiyə danışdıqda ermənilər bunu tələ adlandırır, başsağlığı verdikdə “bu bəs etməz” deyir, məsələdən uzaqlaşdıqda isə “türklər açıq danışmaq istəmirlər” söyləyirlər.

“Yaxşı, bəs siz bizim nə etməyimizi istəyirsiniz? Deyirsiniz ki, dərdimizi unudaq, ancaq sizin dərdinizi anlayaq, sizin dərdiniz üçün üzr istəyək. Deyirik gəlin danışaq, siz isə “əvvəlcə soyqırımı qəbul edin, sonra danışaq” deyirsiniz. Belə bir düşüncə ilə irəli getmək mümkün deyil”, - deyə, o qeyd edib.

“Biz çox rahat danışa bilirik, qarşı tərəfdə isə bu, yoxdur”, Davudoğlu vurğulayıb.

Amerikada erməni diasporu ilə görüşləri haqqında isə Davudoğlu bunları deyib:

“Mənimlə danışanların hamısı “nə olursa olsun, mətbuat bilməsin” deyir. Xəbər tutduqda isə bir erməni belə bir yazı yazır: Əgər Türkiyənin xarici işlər naziri Amerikada erməni diasporuna vaxt ayırırsa, deməli burada bir tələ var, heç kim bu tələyə düşməməlidir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *