BMT-nin şok hesabatı
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada qaçqın sayının rekord həddə çatdığını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, BMT-nin baş katibi Ban Ki-Mun silahlı qarşıdurmalar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalanların sayının hazırda 51 milyonu keçdiyini bəyan edib.
“Humanitar yardıma möhtac olan insan sayı son 10 ildə iki dəfə çoxalıb. Hal-hazırda dilahlı qarşıdurmalara görə evlərini tərk edənlərin sayı 1945-ci ildən bəri olan bir dövr üçün rekord səviyyədədəir. 51 milyondan çox qaçqın var”, – deyə Ban Ki-Mun bildirib.
Həmin insanların təqribən 17 il evlərindən uzaqda yaşamaq məcburiyyətində olduğunu vurğulayan BMT-nin baş katibi daha sonra sözlərini bu cür davan edib: “Milyonlarla uşaq məktəbə getmir, bəziləri illərdir ki dəsrlərini oxuya bilmir. Vəziyyət getdikcə pisləşməyə davam edir.”
Mənbə:> ANSPRESS