İŞİD yenə qan tökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İŞİD yenə qan tökdü

İŞİD yenə qan tökdü


İŞİD silahlıları Suriyanın Hələb vilayətində hökumət qüvvələrini nəzarəti altında olan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar.

ANS PRESS-in məlumatına görə, hücumlar zamanı çoxsaylı dağıntılar qeydə alınıb. Dağıntılar insan itkilərinə də səbəb olub. Hücumlar nəticəsində azı 9 nəfərin ödürüldüyü, onlarla insanın yaralandığı bildirilir. Suriya İnsan Haqları Müşahidəçi Qrupu ölü sayının artacağını vurğulayıb.

Hələbə edilən hücum paytaxt Dəməşq yaxınlığında yerləşən Yarmuk qaçqın düşərgəsinin mühasirədə saxlanılması fonunda baş tutub. Sözügedən düşərgədə fələstinli qaçqınlar məskunlaşıblar. Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun düşərgədə vəziyyətin son dərəcə ağır olduğunu bildirib.

“2 il mühasirə şəraitindən sonra 18 min fələstinli və suriyalı İŞİD və digər silahlı qruplaşmaların əlində girova çevrilib. Qaçqın düşərgəsi tədricən “ölüm düşərgəsi”nə çevrilir. Biz düşərgəyə ediləcək irimiqyaslı hücum planları barədə gələn ismarışlara görə dərindən narahatlıq keçiririk”, - deyə BMT-nin baş katibi Ban Ki Mun qeyd edib.

Ban Ki Mun Yaruk düşərgəsində mülki insanları böhrandan xilas etmək üçün humanitar dəhlizin açılmasını tələb edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *