Ermənilərin iç üzü açılacaq
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçirəcək.
ANS PRESS-in mlumatına görə, konfransın keçirilməsinin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
İnstitutdan bildiriblər ki, Soyqırımının tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, beynəlxalq hüquqda soyqırımı problemi, soyqırımı insan hüquqlarının kobud şəkildə pozulması kontekstində, saxta erməni soyqırımı böyük dövlətlərin siyasi təzyiq vasitəsi kimi, XX əsrin əvvəllərində erməni quldur dəstələri və terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları kimi məsələlərin müzakirəsinə həsr olunan konfrans uydurma erməni soyqırımı yalanının ifşa edilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük əhəmiyyət daşıyır.
Konfransda, Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ictimai xadimlər və KİV-lərin təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Mənbə:> ANSPRESS