Rusiya Ukraynaya neft və neft məhsullarının ixracatını qadağan etdi
Rusiya hökuməti Ukraynaya neft və neft məhsullarının ixracatını qadağan edib.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında baş nazir Dmitri Medvedev məlumat verib.
Bundan əlavə, onun sözlərinə görə, Rusiya bəzi Ukrayna mallarının idxalına qadağanı da genişləndirib.
“Biz öz maraqlarımızı qorumağa və cavab tədbirləri görməyə məcburuq”, - Medvedev deyib.
Baş nazir dəqiqləşdirib ki, idxalatına qadağa qoyulan mallar maşınqayırma, yüngül sənaye, metal emalı müəssisələrinin məhsullarıdır. Ötən il Ukraynadan həmin malların idxalının məbləği 250 milyon dollar təşkil edib.
Mənbə:> Virtualaz.org