Rusiyalılar arasında Stalinə pərəstiş rekord həddə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Tarix

Rusiyalılar arasında Stalinə pərəstiş rekord həddə çatıb

Rusiyalılar arasında Stalinə pərəstiş rekord həddə çatıb


Rusiyalıların çoxu keçmiş SSRİ lideri İosif Stalinin ölkənin həyatında oynamış olduğu rolu müsbət qiymətləndirib.

“Meduza”nın məlumatına görə, “Levada mərkəzi” mart ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələrini dərc edib.

Respondentlərin 70 faizindən çoxu Stalinin rolunu yüksək qiymətləndirib. Bu, keçirilən bütün anoloji sorğular ərzində rekord göstərici sayılır. Sorğuda iştirak edənlərin 19 faizi isə Stalinin oynadığı roldan razı deyil.

Stalinin şəxsiyyətinə gəlincə, respondentlərin 51 faizi onu müsbət qiymətləndirir, 41 faizi hörmətlə yanaşır.

Maraqlıdır ki, respondentlərin az qala yarısı (46 faizi) Stalinin hakimiyyəti dövründə törədilən cinayətlərin və repressiyalara bəraət qazandırıb və onların ali məqsədlər üçün vacib olduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *