Azərbaycanlı səfir Notr-Damdakı yanğından yazdı
Azərbaycanın Fransadakı föqvəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı paylaşım edib.
O, fikirlərini “Twitter” hesabında yazıb.
“Paris Notr-Dam Kilsəsi Fransanın, Parisin ürəyi hesab edilir. Əslində, o, xeyirxahlığa inanan bütün insanlığa, bütün insanlara məxsusdur. Bax, buna görə də biz inanclılar kimi ateistlər də bu gün Fransa xalqı və parislilərlə birgə acı çəkir”, - səfir bildirib.
Qeyd edək ki, Paris Notr-Dam Kilsəsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədim saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir.
Mənbə:> Oxu.Az