Paris Trampa xəbərdarlıq etdi
Fransa hökuməti ABŞ prezidenti Donald Trampın Parisdə keçirilən "Sarı jiletlilər" aksiyası ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, rəsmi Paris Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.
"Tramp Fransanın siyasətinə burun soxmamalıdır", - deyə ABŞ rəhbərinə xəbərdarlıq edilib.
Qeyd edək ki, Tramp Fransadakı etirazlarla bağlı fikirlərini "Tvitter" səhifəsində yazıb: "Fransanın hər yerində etirazlar və iğtişaşlar var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinə artıq pul vermək istəmirlər. "Biz Trampı istəyirik" deyirlər. Fransanı sevirəm".
Mənbə:> Virtualaz.org