Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər

Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər

ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar Məxfi xidmətə müraciət edib.

“The Daily Caller”in məlumatına görə, təhdid aktyor Piter Fondadan gəlib.

“Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, -deyə aktyor öz “Twitter” səhifəsində yazıb.

Birinci xanımın nümayəndəsi Stefani Qrişem Məxfi xidmətin həmin təhdidlə bağlı məlumatlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, aktyorun bu ismarıcı olduqca “iyrənc və məsuliyyətsizdir”.

Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *