Rusiyalı yarım milyonluq borca görə Bakıya buraxılmadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyalı yarım milyonluq borca görə Bakıya buraxılmadı

Rusiyalı yarım milyonluq borca görə Bakıya buraxılmadı


Rusiyanın Perm vilayətinin Krasnokamsk şəhər sakininə Azərbaycanda yaşayan qohumlarına baş çəkmək üçün Bakıya uçmasına icazə verməyiblər.

“Permv.ru”nun məlumatına görə, onun ölkə hüdudlarından kənara çıxmasına əngəl borcları olub.

Bildirilir ki, Rusiya vətəndaşı kommunal ödənişlərini uzun müddət ödəməyib və nəticədə 500 min rubla yaxın (təx.13 min manat –red) borc yığılıb.

Vətəndaş borc məbləği və onu gözləyən sanksiyalar haqda xəbərdar edilib. Bununla belə, o buna məhəl qoymayaraq, Bakıya aviabilet alıb və aeroporta yollanıb.

Ancaq gömrük nəzarəti zamanı saxlanılıb və ölkədən çıxışına məhdudiyyətin qoyulması ilə bağlı məlumat verilib.

Həmin şəxsin artıq borcunu bağladığı və onun Rusiya hüdudlarını tərk etməsinə heç bir əngəlin qalmadığı bildirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *