Moskva sakininə Bakıya göndərdiyi bağlamanı geri qaytardılar - “Öl, alçaq!” » AzNews.info -Xəbər portalı

Moskva sakininə Bakıya göndərdiyi bağlamanı geri qaytardılar - “Öl, alçaq!” – FOTO

Moskva sakininə Bakıya göndərdiyi bağlamanı geri qaytardılar - “Öl, alçaq!”

Moskva sakininə Azərbaycana göndərdiyi, lakin gömrükdən keçməyən bağlamanı “Öl, alçaq!” yazısı ilə geri qaytarıblar.

Oxu.Az-ın xəbərinə görə, Olesya Voronova bu barədə öz Facebook səhifəsində yazıb.

Qadın qeyd edir ki, Azərbaycana pay göndərdiyi konfet və şokolad bağlaması sərhəddən keçməyib. Pony Express şirkətinin kuryeri bağlamanı geri gətirdikdə, Olesya şirniyyatların olduğu paketin kəsildiyini və içərisinə məktub qoyulduğunu görüb.

Şirkətin təhlükəsizlik xidməti müşahidə kameraları vasitəsi ilə yazını bağlamaya qoyan əməkdaşı müəyyən edib. Şirkət nümayəndəsi Voronovaya zəng vuraraq ondan üzr istəyib və xərcləri öz üzərinə götürdüyünü bildirib.

Olesya bildirib ki, Bakıya göndərilən, lakin geri qaytarılan bağlama ona altı min rubla başa gəlib.
Moskva sakininə Bakıya göndərdiyi bağlamanı geri qaytardılar - “Öl, alçaq!”
Moskva sakininə Bakıya göndərdiyi bağlamanı geri qaytardılar - “Öl, alçaq!”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *