ABŞ konsulluğunda qorxulu anlar VİDEO » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

ABŞ konsulluğunda qorxulu anlar VİDEO – VİDEO

ABŞ konsulluğunda qorxulu anlar VİDEO


Türkiyənin İstanbul şəhərindəki ABŞ konsulluğunun qapısının önünə atılan şübhəli bağlama həyəcana səbəb olub. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, hadisədən sonra konsulluğun binası təxliyyə olunub, yaxınlıqda olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bildirilir ki, ABŞ konsulluğuna gedən Mövlüd T. adlı şəxs azan oxunması ilə əlindəki bağlamanı konsulluq binasının qapısında qoyaraq cümə namazına gedib. Təhlükəsizlik xidmətinin bağlamanı görməsi ilə hadisə yerinə partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssis cəlb olunub və bina təxliyyə olunub.

Mütəxəssislər bağlamanı incələməyə başladığı vaxt Mövlüd T. məsciddən qayıdıb, bağlamanın özünə aid olduğunu və içində yeni aldığı notebook olduğunu bildirib.

Söylədikləri öz təsdiqini tapdıqdan sonra Mövlüd T. ifadəsi alınmaq üçün Sarıyer rayon polis bölməsinə aparılıb.

Konsulluq əməkdaşları isə yenidən binaya qayıdıblar.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *