Ərəb Dövlətləri Liqası Trampın qərarına qarşı
Beynəlxalq qətnamələrə uyğun olaraq Qolan təpələri Suriyanın işğal edilmiş ərazisidir.
Bu sözləri Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbül Qeyt təşkilatın Tunisdə keçirilən 30-cu sammitində bildirib.
Baş katibin sözlərinə görə, ABŞ-ın qəbul etdiyi qərar bütün beynəlxalq normaları pozur, İsrail tərəfindən həyata keçirilən işğal isə tədricən daha çox ərəb torpaqlarını əhatə edir.
Vurğulayıb ki, Vaşinqton Qolan təpələri barədə öz qərarı ilə İsraili bu cür qanunsuz hərəkətlərə sövq edir.
Mənbə:> Virtualaz.org