BŞ Konqresi Qolan təpələrini İsrail ərazisi kimi tanıya bilər
ABŞ Konqresi Qolan təpələrinin İsrail tərəfindən ilhaqının tanınması məsələsinə baxacaq.
İsrail KİV-ləri xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi Konqresin Xarici işlər üzrə komitəsinə təqdim olunub.
Sənədi Florida ştatından olan respublikaçı konqresmen Ron De Santis hazırlayıb. Layihədə bildirilib ki, İsraili Suriyadan ayıran Qolan təpələrinin əhəmiyyətinin artmasından bəhs edilərək onun İranın əlinə keçməsinə imkan verilməməsi vurğulanıb. Sənəddə Qolan yüksəkliklərinin İsrailin müfadiə qabiliyyəti üçün həyati əhəmiyyəti də vurğulanıb.
Suriya 1967-ci ildə altıgünlük müharibə zaman Kinereti gölü yaxınlığındakı yaşayış məntəqəsini və Tverii rayonunu Qolan təpələrindən atəşə tutduğu üçün İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti Qolan təpələrinin ilhaqı haqqında qanun qəbul edib.
Mənbə:> Virtualaz.org