Tramp ərəb dünyasını qəzəbləndirəcək addım atmağa hazırlaşır
ABŞ prezidenti Donald Tramp Qolan təpələrinin İsrail ərazisi olduğunu bəyan edib.
O bu barədə özünün Twitter səhifəsində yazıb.
ABŞ prezidenti qeyd edib ki, bu ərazi istər İsrailin sabitliyi, istər də bütövlükdə region üçün əhəmiyyətlidir.
“52 il sonra ABŞ-ın İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımasının vaxtı çatıb”, - deyə o vurğulayıb.
Güman olunur ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ABŞ-a səfəri zamanı bəyan ediləcək. Səfər gələn həftə baş tutacaq.
Mənbə:> Oxu.Az