Abdul-Rəşid Dustumun kortejinə hücum olub, ölən var
“Taliban” döyüşçüləri Əfqanıstanın birinci vitse-prezidenti Abdul-Rəşid Dustumun kortejinə hücum ediblər.
Tolo News xəbər verir ki, hücum nəticəsində vitse-prezidentin bir mühafizəçisi ölüb, ikisi yaralanıb.
Dustumun özünə heç nə olmayıb.
Qeyd edək ki, Dustum ötən əsrin 80-ci illərində SSRİ-nin dəstəklədiyi mərkəzi hökumətin tərəfində mücahidlərə qarşı döyüşsə də, sonra onların tərəfinə keçib.
2001-ci ildə ABŞ qoşunları taliblərin hakimiyyətinə son qoyduqdan sonra Dustum Həmid Karzay hökumətində müdafiə nazirinin müavini təyin olunub. 2014-cü ildə Əfqanıstanın birinci vitse-prezidenti seçilib. Dustum Əfqanıstan ərazisində İŞİD-ə qarşı mübarizənin fəal iştirakçısıdır.
Mənbə:> Oxu.Az