Əfqanıstanın keçmiş prezidenti: “ABŞ-ın bu bombadan istifadəsi dövlətə xəyanətdir”
ABŞ-ın fövqəlgüclü bombadan İŞİD terrorçularına qarşı istifadə etməsi Əfqanıstan hökuməti tərəfindən dövlətə xəyanətdir. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai deyib.
“Əgər Əfqanıstan hökuməti onlara bunu etməyə icazə veribsə, bu addımı milli xəyanət adlandırmaq olar”, - Karzai bildirib.
Onun sözlərinə görə, bu cür bombanın onun ölkəsində ilk dəfə istifadə edilməsi nəinki Əfqanıstanın suverenliyinə, həm də ətraf mühitə təsiri uzun illər davam edəcək hörmətsizlikdir.
Mənbə:> Virtualaz.org