Lukaşenko məmuru işdən qovdu: Kəsib-doğramaq lazımdır – VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Moqilevsk vilayətində “Kupalovskoe” aqroholdinqinə aid müəssisələrə baş çəkən zaman yerli məmurlar onun qəzəbinə tuş gəlib.
Bu barədə ONT telekanalı məlumat yayıb.
Belarus lideri öncədən xəbərdarlıq etmədən tövləyə və texnikanın saxlanıldığı sahəyə baş çəkib. Gördüklərindən narazı qalan Lukaşenko elə oradaca vilayətin qubernatoru Vladimir Domanevskini istefaya göndərdiyini elan edib.
“Axşama kimi masamın üzərində məni burada müşayiət edən hər kəsin siyahısı olsun. Burada qubernator və başqaları ilə yanaşı, cavab verməli olan bir çox adamlar var idi. Hamısını kəsib-doğramaq lazımdır. Son nəfərədək. Onlara qarşı ən sərt qanunlarla cinayət işi qaldırılmalıdır”, -deyə Lukaşenko bildirib.
Mənbə:> Virtualaz.org