Lukaşenko Putinlə danışıqları ağır adlandırdı
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqların ağır keçdiyini bildirib.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, bununla yanaşı Lukaşenko Soçidə keçirilən danışıqları məhsuldar kimi xarakterizə edib.
“Danışıqların əsas hissəsi Rusiya prezidenti ilə təkbətək olub. Danışıqlar 6 saat, hətta daha çox davam edib. Açığı bu danışıqlar çətin yox, ağır olub”, - deyə o vurğulayıb.
Mənbə:> Oxu.Az