Lukaşenko ən çox nədən qorxduğunu açıqladı
Belarus prezidenti Aleksandr Lukaşenko ən çox iqtisadiyyatdan qorxduğunu açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, o bunu “Belarus 1” telekanalına müsahibəsində etiraf edib:
“Birincisi, artıq heç nədən qorxmuram. Çoxlu qorxuları görmüş adamam. Lakin bir qorxum var. Əgər bunu qorxu adlandırmaq mümkünsə, bu, iqtisadiyyatdır”.
O qeyd edib ki, əgər iqtisadiyyat normal inkişaf etsə, Belarus əhalisinin heç nədən qorxusu olmamalıdır.
Mənbə:> Oxu.Az