Lukaşenko AİB sammitində Putinlə mübahisə etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Lukaşenko AİB sammitində Putinlə mübahisə etdi

Lukaşenko AİB sammitində Putinlə mübahisə etdi

Rusiya prezidenti Vladimir Putin və Belarus dövlət başçısı Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində qaza qiymətqoyma məsələlərini müzakirə ediblər.

“Moskva-Baku” portalı xəbər verir ki, Lukaşenko qaz istehlakçıları üçün fərqli şərtlərə diqqət çəkib: Belarus istehlakçıları üçün qiymət min kubmetr üçün 130 dollar, Rusiyada sakinləri üçün isə 70 dollardır.

Putin bu məsələ ilə bağlı deyib ki, Belarus üçün bazar qiyməti hesablansa, bu, 130 dollar deyil, 200 dollar olmalıdır. Rusiya lideri qazın qiyməti məsələsini daha sonra bağlı qapılar arxasında müzakirə etməyi təklif edib.

Dekabrın 4-də Lukaşenko “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, qazın qiymətləri Belarus müəssisələri arasındakı rəqabətə mane olur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *