ABŞ satqın casusa heykəl qoydu – FOTO
Keçmiş casus Edvard Snoudenin şərəfinə heykəl ucaldılıb.
ANS PRESS-in məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin büstünü hazırlayan bir qrup heykəltaraş büstü Nyu-Yorkun Fort Qrin parkına qoyublar. Bu barədə “Animal New York” xəbər yayıb.
Xəbərdə bildirilir ki, Snoudenin 4 fit (1.2 metr) hündürlüyü olan büstü gecə saatlarında ABŞ Müstəqilli Müharibəsində ölənlərin xatirəsinə ucaldılan sütunlardan birinin üzərinə yerləşdirilib. Sənətçi fəallar, həmçinin sütuna Snoudenin adını da yazıblar.
Lakin səhər saatlarında işə gələn park işçiləri yazını yox edərək sütunun üstünü isə parça ilə örtüblər.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ kəşfiyyat orqanlarının milyonlarla insanın telefon zəngləri, email-ləri, facebook və twitter-də şəxsi səhifələrinə gizli şəkildə izlədiyini bəyan etmişdi. Etdiyi bu hərəkətlərdən sonra hüquq müdafiəçilərionu müstəqillik qəhrəmanı kimi qəbul edir.
Mənbə:> ANSPRESS