Rusların peşəkar olduğu cinayət növü... » AzNews.info -Xəbər portalı

Rusların peşəkar olduğu cinayət növü...

Rusların peşəkar olduğu cinayət növü...


Dünyada kibercinayətkarların sayı 100-ə yaxındır və onların əksəriyyəti rusdilli ölkələrdir. Avropa polisinin kibercinayətkarlıqla mübarizə mərkəzinin rəhbəri Troels Oerting bildirib.

BBC-nin efirində çıxış edən Troels Oerting deyib ki, hüquq-mühafizəçiləri sayca məhdud kompüter proqramçı qrupuna diqqət yetirməlidir: "Bizə onların kim olduğu təqribən məlumdur. Onları zərərsizləşdirə bilsək yaradılmış sistem çökəcək”.

O, rəsmi kibercinayətkarların polisdən daha böyük resurslara malik olduğunu deyib: “Onlar hərislik və mənfəəti rəhbər tuturlar və zərərli proqramları elə bir sürətlə hazırlayırlar ki, biz onları təqib etməkdə çətinlik çəkirik.”

Avropolla Rusiya hüquq-mühafizəçilərinin əlaqəli keçmişdə yaxşı olmasa da indi düzəlmək üzrədir.

Oerting bu yaxınlarda Moskvaya səfəri vaxtı 4 iri işin müzakirə edildiyini deyərək bu səfər ardınca cinayət işlərinin qaldırılması və həbslərin aparılmasına ümid etdiyini bildirib.

Polis rəsmisi deyib ki, proqramçılar qrupu yazıb sınaqdan keçirdikləri virus proqramlarını xüsusi internet forumlarda satırlar. Bundan sonra zərərli proqramlar dünya boyu yayılır. Troels Oerting virus proqramlarının xüsusi internet forumlarında satıldığını bildirib: "Kibercınayətkar olmaq asandır. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur, çünki siz artıq hazır proqramları istifadə edirsiniz”.

Onun sözlərinə görə adi istifadəçilər ehtiyatlı olmalıdırlar və sosial şəbəkə ilə emaillərdəki qeydlərinin qorunmasına daha artıq fikir verməlidirlər. Əks təqdirdə bu məlumatları ələ keçirən kibercinayətkarlar böyük ziyan vura bilərlər.

Polis kibercinayətkarlığın yayılmasında internetin böyük rol oynadığını bildirib. “Cinayətkarlar artıq bizim ölkələrə gəlmir. Onlar cinayətləri məsafədən törədir və buna görə mən onları tutmaq üçün adi üsullardan istifadə edə bilmirəm”, - deyə, Troels Oerting bildirib.

O, üzləşdiyi əsas çətinliklər barədə danişarkən Edvard Snoudenin açıqlamalarından sonra şifrələnmə təmayülünün yayılmasını kibercinayətkarlıqla mübarizə sahəsində əsas əngəllərdən biri kimi təsvir edib.

Oerting hesab edir ki, hüquq-mühafizə orqanları xüsusi elektron məlumatlarına qanunla müəyyən edilmiş şəkildə girişə malik olmalıdırlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *