Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb.
Prezident seçkiləri martın 31-də keçiriləcək.
Mənbə:> Virtualaz.org