Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Püşkatma Komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.
Virtualaz.org-un məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq: "Bu müddət həftədə 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat təşkil edəcək".
Püşkatma MSK-nın martın 19-da keçiriləcək iclasında olacaq.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayacaq.
Mənbə:> Virtualaz.org