Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var
Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib.
Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb.
Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib.
Aviazərbələr gecə saatlarında endirilib.
Mənbə:> Oxu.Az