Suriyada 8 dinc sakin aviazərbələrin qurbanı oldu
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın Dəyr-əz-Zor vilayətinə aviazərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, hava hücumu zamanı ən azı səkkiz dinc sakin həlak olub.
Qeyd olunur ki, aviazərbələr Əs-Sur yaşayış məntəqəsinə endirilib.
Xatırladaq ki, ötən gün, iyunun 28-də, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Dəyr-əz-Zor vilayətinin Əd-Dablyan yaşayış məntəqəsinə endirdiyi aviazərbələr nəticəsində 40 dinc sakin ölüb.
Mənbə:> Oxu.Az