İsrail Suriya paytaxtına aviazərbələr endirdi
Suriya prezidenti Bəşər Əsədin kiçik qardaşı, Maher Əsəd Dəməşqdə hərbi aerodroma hücum vaxtı yaralanıb.
Virtualaz.org İsrail telekanalı 9tv.co.il-in saytına istinadən bildirir ki, bu barədə ərəb KİV-i xəbər yayıb.
Xatırladaq ki, ötən gecə Dəməşq ətrafındakı “Mezze” hərbi aerodromunda dalbadal güclü partlayışlar baş verib. Yaxın Şərq KİV-ləri xəbər verir ki, raket zərbələri İsrail aviasiyası tərəfindən endirilib. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, həlak olanlar və yaralananlar var.
Ərəb KİV-i bildirir ki, İsrailin Hərbi Hava Qüvvələrinin hücum hədəflərindən biri də, əvvəllər də dəfələrlə aviazərbələrə məruz qalmış tədqiqat mərkəzi "Cimriyan" olub.
Maher Əsəd Suriya prezidentinin kiçik qardaşıdır, onu təsir gücünə görə ölkədə ikinci şəxs hesab edirlər. O, Respublika qvardiyasının və 4-cü elit zirehli tank diviziyasının komandanı, briqada generalıdır.
Bununla belə, bir sıra ekspertlər hesab edirlər ki, doğma qardaşlar arasında münasibətlər mürəkkəbdir və tez-tez gərgin xarakter alır.
Mənbə:> Virtualaz.org