İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi

İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi

Suriya ordusuna məxsus “Pansir C1” zenit raket top kompleksinin (ZRTK) İsrailin “Spike NLOS” raketi ilə vurulduğu anın görüntüsü yayılıb.

Virtualaz.org İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən bildirir ki, video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.

Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olur. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.

Zərbədə əsas hədəf “Pansir-C1” sistemi olub.

Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.

Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *