İran təhlükəsi: İsrail ordunu ayağa qaldırdı
İran qüvvələrinin Suriyada “qeyri-adi fəallığı” ilə bağlı məlumatın yayılmasından sonra İsrail silahlı qüvvələri yüksək hərbi hazır vəziyyətə gətirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
İsrail rəhbərliyi əhalinin potensial hava və raket hücumlarından qorunması məqsədi ilə yerli hakimiyyət orqanlarına daldalanacaqları açmağı və ölkənin hava müdafiə sistemlərini tam işlək vəziyyətə gətirməyi tapşırıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Tehranın Suriyaya xüsusi silahlar göndərməyi planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, məqsəd İsrail dövlətini məhv etməkdir.
...Bu arada məlum olub ki, İsrailin hava qüvvələri Dəməşqin cənubuna avaizərbə endiriblər.
İsrail telekanalının məlumatına görə, hava reydi Kisvə rayonunda qeydə alınıb.
Suriya ordusu da İsrail tərəfindən hücumun həyata keçirildiyini təsdiqləyib.
SANA agentliyi onu da bildirir ki, Suriyanın hava hücumundan müdafiə sistemi iki raketi havada zərərsizləşdirib.
İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan xəbəri şərh etməkdən imtina edib.
Mənbə:> Reuters