İrandan Avropa İttifaqına ağır ittiham
Tehrana qarşı ittihamlar Avropanı terrorçuları gizlətdiyinə görə məsuliyyətdən azad etməyəcək.
Oxu.Az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının İranın kəşfiyyat xidmətinə qarşı sanksiyaların qanuniləşdirilməsi qərarı fonunda bəyan edib.
“Danimarka, Niderland və Fransa daxil olmaqla, avropalılar 12 min iranlını öldürən və Səddamın (Hüseyn – red.) İraq kürdlərinə qarşı cinayətlərini təşviq edən MEK-i (İran Xalq Mücahidləri Təşkilatı – red.), habelə digər terrorçuları gizlədirlər”, - deyə Zərif özünün “Twitter” səhifəsində yazıb.
Mənbə:> Oxu.Az