Cavad Zərif Pekində - İran diplomatiyası hərəkətə keçdi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Pekinə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “Sinhua” agentliyi İran XİN-ə istinadən məlumat yayıb. Məlumata görə, onun səfərində məqsəd ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasından sonra yaranmış vəziyyəti Çin rəhbərliyi ilə müzakirə etməkdir.
Agentlik qeyd edir ki, Zərifi səfərdə siyasi və iqtisadi bloku təmsil edən yüksək çinli məmurlar müşayiət edir.
Pekindən başlayan turne Moskva və Brüsseldə davam etdiriləcək. Onun Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federika Mogerini ilə görüşü nəzərdə tutulub.
Mənbə:> Teleqraf.com