İranın xarici işlər naziri ABŞ-a gedir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 19-da ABŞ-a səfərə gedəcək.
“Report” xəbər verir ki, onu səfərdə müavinləri müşaiyət edəcək.
Bildirilir ki, M.Zərif Nyu-Yorkda BMT-nin təşkil etdiyi sülh toplantısına qatılacaq. Eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında məruz ilə çıxış edəcək. Bu Şura 100 ilə yaxındır fəaliyyət göstərir. ABŞ-ın keçmiş dövlət katibləri, bankçıları, hüquq və mətbuat sahəsində tanınmış şəxsiyyətləri bu qurumun üzvləridir.
İran xarici işlər nazirinin ABŞ-a səfəri 6 gün sürəcək. Onun BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşü planlaşdırılıb. Görüşdə Qərb ölkələri ilə İran arasında Tehranın nüvə proqramına dair imzalanan razılaşma, Yəmən və Suriyadakı vəziyyət müzakirə ediləcək.
Mənbə:> Report