Türkmənistanda ölkə prezidentinin portretləri dəyişdirildi – FOTO
Türkmənistanda xəstəxanalar, məktəblər və dövlət qurumlarının ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun saçlarının ağarmış təsvir olunduğu portretini almağa məcbur edilir.
Oxu.Az xəbər verir ki, bu haqda Türkmənistan KİV məlumat yayıb.
Qeyd olunan qurum və müəssisələrdə prezidentin saçları qaradır. Ancaq hazırda Türkmənistan liderinin saçlarına kənarlardan “dən düşüb”.
Nəşrin məlumatına görə, xəstəxana, məktəb və dövlət qurumlarının əməkdaşları prezidentin yeni portretlərini beş manatdan almağa başlayıb. Köhnə şəkilləri isə nisbətən ucuz qiymətə - dörd manata satılır.
Mənbə:> Oxu.Az