Türkmənistan prezidentindən mərhəmət
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov “Konstitusiya və Maxtumqulu Fraqinin poeziyasının günü ilə əlaqədar məhbusların əvfi” haqqında fərman imzalayıb.
Oxu.Az Türkmənistan prezidentinin saytına istinadla xəbər verir ki, sənədə əsasən, 1202 vətəndaş həbsxanadan azad olunacaq.
Berdiməhəmmədov müvafiq qurum və yerli hakimiyyət orqanlarına əfv olunan şəxslərin hamısının bayram gününü ailələrində keçirmələrini və onların işlə təmin olunması üçün lazımı tədbirləri həyata keçirməyi tapşırıb.
Mənbə:> Oxu.Az