İran raket sınaqları ilə bağlı ABŞ-ın ittihamlarına cavab verdi
İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur.
Bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.
Qeyd edək ki, bundan əvvəl Pompeo İranı bu təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməyə və daha dərin iqtisadi, diplomatik təcridlə uzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməyə çağırmışdı. O əlavə etmişdi ki, İranın hərəkətləri onun BMT TŞ-nin 2231 saylı qətnaməsinə tam etinasızlığını nümayiş etdirir.
"İranın kosmik raket buraxılışı və raket sınaqları 2231 saylı qətnaməni pozmur", - deyə Zərif "Twitter"də yazıb.
O həmçinin ABŞ-a xatırladıb ki, İrana müasir silahların, eləcə də, raket və raket sistemlərinin verilməsinə qadağanı nəzərdə tutan 1929 saylı qətnamənin qüvvədə olma müddəti başa çatıb.
Zərif əlavə edib ki, "təhlükə təhlükə doğar, necə ki, kübarlıq nəzakətə səbəb olar".
Mənbə:> Virtualaz.org