Tramp: İranın raket sınaqlarına istənilən şəkildə cavab verə bilərik
Donald Tramp bəyan edib ki, ABŞ İranın ballistik raket sınaqlarına istənilən şəkildə cavab verə bilər, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
İranın raket sınqalarına hərbi cavab ola bilərmi sualını cavablandıran D.Tramp bildirib ki, “heç nəyi istisna etmək olmaz”.
Qeyd edək ki, bundan əvvəl, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn bəyan etmişdir ki, rəsmi Vaşinqton İranın raket sınaqlarını pisləyir, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirir.
Mənbə:> Oxu.Az