Türkiyəyə elə bir silah verilir ki, istənilən hədəfi...
ABŞ Türkiyəyə İŞİD-i vurmaq üçün HİMARS adlı raket sistemi verir.
Axar.az xəbər verir ki, bu barədə danışan ABŞ komandiri Piter Qersten Türkiyəyə bu raket sisteminin verilməsi üçün iş aparıldığını bildirib.
Qersten bu raket sisteminin hədəfləri məhv etməkdə möhtəşəm olduğunu qeyd edib.
"Türkiyədəki güclü tərəfdaşlarımızla sistemin necə işləyəcəyi barədə sıx bir şəkildə çalışırıq. Bu raket sistemi istənilən nöqtədə olan hədəfi vuracaq", - Qersten vurğulayıb.
Qersten iki fərqli HİMARS sisteminin olduğunu və birinin Suriyadakı əməliyyatlara Türkiyədən, digərinin isə İraqdakı əməliyyatlara dəstək verəcəyini bildirib.
Qeyd edək ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Türkiyəyə HİMARS adlı raket sisteminin göndəriləcəyini açıqlamışdı.
Mənbə:> Axar.az