İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb
İran bu il azı 7 dəfə orta mənizilli raketləri sınaqdan keçirib və bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd ola bilər.
Bu barədə "Welt am Sonntag" qəzeti yazıb. Bildirilir ki, raketlərdən bəziləri Avropa İttifaqının cənub-şərq ölkələrinin ərazisinə çata bilər.
Məlumata əsasən, İran 5 kiçik mənzilli raketi də sınaqdan keçirib. Ümumilikdə İran bu il ötən illə müqayisədə raket sınaqlarının sayını iki dəfə artırıb.
Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib:
"İran indicə bir neçə döyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".
Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır.
Mənbə:> Virtualaz.org