Qüds şəhərinə əzan qadağası
İsrailin Qüds şəhərinin yeni bələdiyyə sədri Moşe Lion şəhər məscidlərində əzan səsinin azaldılmasına göstəriş verib.
Oxu.Az Yeni Şafak.com-a istinadən xəbər verir ki, yeni bələdiyyə sədri məscidlərdəki səsgücləndiricilərin yeniləri ilə əvəz olunmasına qərar verib. Yeni qurğuların səsi daha az zəif yayacağı bildirilib.
Yeni qərar mart ayından etibarən qüvvəyə minəcək və tətbiq olunmaa başlayacaq.
Moşe Lion bu addımı özünün ilk böyük layihəsi adlandırıb.
Mənbə:> Oxu.Az