ABŞ Qüds üzrə BMT TŞ-nin qətnaməsinə veto qoyub
ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb.
“İnterfaks” xəbər verir ki, Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.
Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.
Qeyd olunur ki, ABŞ-ın adı qətnamədə hallanmayıb.
Mənbə:> İnterfaks