"Trampın Ərdoğana zəng etməyə cürəti çatmadı" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

"Trampın Ərdoğana zəng etməyə cürəti çatmadı"

"Trampın Ərdoğana zəng etməyə cürəti çatmadı"

"Qüds məsələsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalacaq. Biz heç vaxt Qüdsün İsrailin paytaxtı kimi tanınmasını qəbul etməyəcəyik".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə çıxışı zamanı deyib.

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanımasına görə ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. Bildirib ki, Tramp bu məsələ ilə bağlı Türkiyə prezidentinə zəng etməyib.

"Prezidentimizin mövqeyi bəllidir. Trampın cənab Ərdoğana zəng etməyə cürəti çatmadı. Biz günlərdir dünyanı bu məsələyə görə hərəkətə gətirməyə çalışırıq. Rusiya prezidenti Vladimir Putinin Türkiyədə olması təsadüfi deyil. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Biz sonadək mövqeyimizi qoruyacağıq", - deyə B.Yıldırım qeyd edib.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *