Gürcüstandan Qüds məsələsində Trampa dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Şota Şalelaşvili ölkə hökumətinə açıq məktub ünvanlayaraq, Qüdsü İsrailin paytaxtı kimi tanımasını xahiş edib.

Bu barədə Gürcüstan KİV-i xəbər yayıb.

“Gürcüstanın başlıca strateji əməkdaşı ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ölkə hökumətinə böyük siyasi dayaq nümayiş etdirdi. Bu məsələnin müzakirəsini ən qısa zamanda Gürcüstan hökumətində də qaldırmağınızı xahiş edirəm”, - deyə deputat məktubunda bildirib.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deputatın açıq məktubuna cavabında bildirib ki, hakim partiyanın nümayəndəsinin hökumətə bu cür müraciət forması qəbuledilməzdir. Məsələnin özü isə olduqca həssasdır və ciddi müzakirə tələb edir.

“Bu, çox həssas məsələdir. Biz bu məsələni müzakirə edəcəyik və Gürcüstan ölkənin marağından irəli gələrək, öz mövqeyini bildirəcək”, - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *